Günün hansı vaxtı uçmağınızdan asılı olmayaraq, Sizə hər zaman diqqətlə seçilmiş məhsullarından hazırlanmış dadlı yemək seçimi təklif olunacaq. İsti yemək ilə yanaşı, bütün reys ərzində Siz həmçinin hədsiz miqdarda çay və qəhvə sifariş edə bilərsiniz.
Qeyd edək ki, menyu Sizin uçuş sinfinizdən, mövsümdən, günün vaxtından və uçuş istiqamətindən asılı olaraq dəyişə bilər. Uçuş müddəti 150 dəqiqədən az olan reyslərdə ekonom sinfində isti yeməklər təqdim olunmur. Həmin uçuşlarda sərnişinlərə çay, kofe və su verilir.
"Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərində ekonom sinif aviabileti alarkən əlavə olaraq aşağıda təqdim olunmuş setlərdən biznes sinif təamları əldə edə bilərsiniz. Diqqətinizə çatdırırıq ki, yay mövsümündə soyuq qəlyanaltı kimi ət, qış mövsümündə isə dəniz məhsulları təqdim edilir.
Siz həmçinin xüsusi növ yeməkləri pulsuz sifariş edə bilərsiniz. Bunun üçün bizim aviaşirkətimizin çağrı mərkəzinə uçuşunuza ən azı 24 saat qalmış müraciət etməyiniz lazımdır. Sizin yaş və pəhriz xüsusiyyətləriniz nəzərə alınaraq, sizə müxtəlif növ bort qidası təklif olunur.
CHML: (Uşaq yeməyi): Xüsusi olaraq uşaqlar üçün nəzərdə tutulan menyu uşaqlarınızın zövqücə olacaq.
BBML:(körpə yeməyi): 2 yaşa qədər uşaqlar üçün bütün keyfiyyət standartlarına cavab verən tərəvəz və meyvə tərkibli xüsusi qida təqdim edilir.
AVML: Asiya vegetarian qidası (Hind vegetarian qidası
RVML: Vegetarian qidası (ətsiz naharlar, tərkibində süd məhsulları ola bilər)
VGML: Ciddi qərb vegetarian qidası
VLML: Tərkibində ət məhsulları, balıq və ya dəniz məhsulları olmayan qida. Qidanın tərkibində süd məhsulları və yumurta ola bilər)
NLML: Tərkibində süd məhsulları olamayan qida
VOML: Şərq vegetarian qidası
DBML: Diabetik qida
GFML: Tərkibində qlüten olmayan qida
LFML: Tərkibində az miqdarda yağ olan qida
LSML: Tərkibində az miqdarda duz olan qida
LCML: Az kalorili qida
LPML: Tərkibində az miqdarda zülal olan qida
PRML: Tərkibinə az miqdarda purin olan qida
HNML: Hind qidası
KSML: Koşer qidası - sifariş uçuşdan ən azı 24 saat əvvəl qəbul edilir.
MOML: Müsəlman qidası
ORML: Şərq qidası
VJML: Caynizm davamçıları üçün vegetarian qidası
SFML: Dəniz məhsullarından hazırlanmış qida
BLML: Həzm etmə və ya qidanın çeynənməsi ilə problemi olanlar üçün üyüdülmüş yumşaq qida
FPML: Təzə mövsümi meyvələrdən hazırlanmış qida
NFML: Tərkibində balıq və digər dəniz məhsulları olmayan qida
HFML: Tərkibində çox miqdarda sellüloz olan qida