27 Aprel 2023, 18:58
Şərtlər aşağıdakı kimidir:
“Dəniz Mall”-un 5-ci mərtəbəsində yerləşən və ümumi sahəsi 5 000 m² olan “Kinderland” Azərbaycanın ilk təhsilyönümlü uşaq əyləncə mərkəzidir. Kinderland küçələri, mağazaları, bankı, xəstəxanası və hava limanı ilə sanki Bakının kiçik modelini xatırladır. Bu şəhərciyin hətta xüsusi valyutası da var – “KİNDİ”. Burada uşaqlar müxtəlif peşə sahibi rollarında çıxış edərək həm əylənir, həm də bu fəaliyyət sahələri barədə maraqlı məlumatlar əldə edirlər. “Airbus A319” təyyarəsinin 16 metrlik gövdəsindən hazırlanan instalyasiya və peşəkar uçuş simulyatoru isə xüsusi marağa səbəb olan guşələrdəndir. Şəhərcikdəki 60-dan çox peşə fəaliyyət növü 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub, 4 yaşa qədər körpələr üçün həmçinin, xüsusi oyun meydançası mövcuddur.