Proqram haqqında
Azərbaycan
Şəxsi kabinet
  • Ana səhifə
  • AZAL Miles
  • Proqram haqqında

Proqram haqqında

AZAL-Miles proqramı “Azərbaycan Hava Yolları” aviaşirkəti ilə tez-tez uçan sərnişinlər üçün yaradılmış proqramdır.

AZAL-Miles tez-tez uçan sərnişin proqramı olaraq, iştirakçılarını səyahət və status balları ilə mükafatlandırır. 

"Azərbaycan Hava Yolları" aviaşirkətinin müntəzəm reysləri ilə uçuşlara görə və proqramın əməkdaş şirkətlərinin xidmətlərindən istifadə edildiyi zaman hesaba səyahət balları əlavə edilir. Hesaba əlavə edilən səyahət ballarının sayı (tarifə rüsumlar, hava limanı yığımları və əlavə xərclər istisna olmaqla) ödənilmiş əsas tarifin hər bir avrosuna görə əlavə edilir.

Səyahət balları “Azərbaycan Hava Yolları” QSC-nin müntəzəm uçuşlarında mükafatlandırmalara dəyişdirilə bilər.

Yerinə yetirilən hər uçuşa görə sərnişin müəyyən miqdarda status balları toplayır. Həmin status ballarının miqdarı uçuş istiqamətindən və xidmət sinfindən asılıdır.

Lazımi miqdarda status ballarını toplayan iştirakçıların statusu aşağıdakı qaydada yüksəldiləcəkdir:

  • Bir iştirak ili ərzində topladığı 8000 Status balı ilə Classic statusundan Gold  statusunadək yüksəldiləcəkdir
  • Bir iştirak ili ərzində topladığı 20000 Status balı ilə Gold statusundan Platinum statusunadək yüksəldiləcəkdir

AZAL-Miles proqramının üzvü olun

Daxil ol Qeydiyyat

AZAL-Miles proqramı üzrə iştirakçı statusları

Classic status - iştirakçılığın başlanğıc statusudur.

  • Classic statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 1 səyahət balı toplayırlar.
  • Classic statuslu iştirakçılara virtual iştirakçı kartı təqdim edilir (fiziki olaraq kart təqdim edilmir).
  • 8000 status balı toplandıqda iştirakçı statusu növbəti iştirak ili ərzində Gold statusunadək yüksəldiləcəkdir.   

Gold status

  • Gold statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 2 səyahət balı toplayırlar.
  • İştirakçılara daha çox güzəştlər əldə etməyə imkan verən Gold statuslu fərdi kart təqdim olunur. Gold statusunu saxlamaq və ya növbəti statusadək yüksəlmək üçün  iştirakçılar bir iştirak ili ərzində lazımi miqdarda bal toplamalıdırlar.
  • Kifayət qədər status balı toplayan iştirakçıların statusu avtomatik olaraq Platinum statusunadək yüksəldiləcəkdir.
  • Bir iştirak ili ərzində Gold statusunun saxlanılması üçün kifayət qədər status balı toplamayan Gold statuslu iştirakçılar Classic statusunadək endiriləcəkdir.

Platinum status

  • Platinum statuslu iştirakçılar aviabiletin əsas tarifinin hər bir avrosuna (1 €) görə 3 səyahət balı toplayır.
  • İştirakçılara daha çox güzəştlər əldə etməyə imkan verən Platinum statuslu fərdi kart təqdim olunur. Platinum statusunu saxlamaq üçün  iştirakçılar iki iştirak ili ərzində lazımi miqdarda bal toplamalıdırlar.
  • Bir iştirak ili ərzində Platinum statusunun saxlanılması üçün kifayət qədər status balı toplamayan Platinum statuslu iştirakçılar Gold statusunadək endiriləcəkdir.
  • AZAL-Miles proqramı bütün sərnişinlərə unikal və  istifadəsi asan mükafatlar təqdim edir.
  • Sərnişin proqramda qeydiyyatdan keçdiyi andan  yaradılan fərdi  hesab vasitəsilə bütün iştirakçılar öz iştirakçılıq fəaliyyətinə nəzarət edə bilərlər.
  • Daha ətraflı məlumat qaydalar və şərtlər bölməsində  qeyd edilib. 
Reytinqlər üzrə komisiya
Dövlət xidmətləri portalı
AzalClub
Azerbaijan Travel

Məlumat

  • Baqaj haqqında məlumat
  • Tariflərin qaydaları
  • Uşaqlar və hamilə qadınlarla səyahət
  • Heyvanlarla səyahət
  • Arzuolunmaz sərnişinlər
  • Overbooking
  • Təhlükəli əşyalar
  • Daşınma qaydaları
  • Qiymət siyasəti

AZAL Miles

  • Proqram haqqında
  • Balların toplanması və istifadəsi
  • Üzv olmaq
  • Profilə daxil olmaq
  • Qaydalar və Şərtlər
  • F.A.Q

AZAL aviaşirkəti

  • Haqqımızda
  • AZAL-ın Müşahidə Şurası
  • Son xəbərlər
  • Bizim donanma
  • Karyera
  • Məlumat mərkəzi
  • Bizə yazın
  • Mobil əlavə

Korporativ məlumat

  • Qrup şəklində daşımalar
  • Satış ofisləri
  • Ofis və nümayəndəliklər
  • Qəbul günləri
  • Mətbuat xidməti
  • Struktur bölmələr
  • Maliyyə hesabatları
  • Agentlər üçün məlumat
  • İnsan alverinə qarşı məlumat
facebook facebooktwitter twitterlinkedin linkedintelegram telegramyoutube youtubetiktok tiktokinstagram instagram
Google Play Google PlayApp Store App Store

© 2023 Azerbaijan Airlines - Bütün hüquqlar qorunur

Site by Jeykhun Imanov Studio
Məlumat mərkəzi
Məxfilik siyasəti